Reklam
Eldar Həsənovun Prezidentə yazdığı təbrik məktubunun əsli yayıldı - ŞƏKİL
18-12-2020 17:30
Azərbaycanın sabiq baş prokuroru və səfiri, hazırda Dövlət Təhlükəsizlik Xidmətinin(DTX) təcridxanasında saxlanılan Eldar Həsənovun torpaqlarımızın işğaldan azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladığı təbrik məktubunun əsli yayılıb.Dalidag.az həmin məktubu təqdim edir:
"Möhtərəm cənab Prezident!
İşğal olunmuş tarixi ərazilərimizin sizin rəhbərliyinizlə qətiyyətlə mənfur düşməndən təmizlənməsi, mədəniyyət beşiyimiz Qədim Şuşanın azad edilməsi, millətimizin zədələnmiş qürurunun yenidən özünə qaytarılmasındakı gərgin, cəsarətli və şərəfli fəaliyyətinizin uğurlu nəticəsinə görə Sizi-Böyük Qayıdışın Sərkərdəsini səmimi qəlbdən təbrik edirəm!
Doğulub boya-başa çatdığım Kəlbəcər artıq işğaldan azad olunmaq ərəfəsindədir. Sizə bir kəlbəcərli və Azərbaycan vətəndaşı olaraq dərin minnətdarlığımı və ehtiramımı bildirirəm. Gücüm gecə-gündüz Sizə və müzəffər Ordumuza dualar etməyə, tam və qəti qələbə arzulamağa çatır.
Bir daha minnətdarlıqla Sizə hər zaman sədaqətli olan-Azərbaycan Respublikası DTX-nin təcridxanasından Eldar Həsənov" "08.11.2020"
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 18-12-2020 17:30
Baxış sayı: 3746Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























