Reklam
Bakı-Ankara gizli saziş: Akar İrəvanı niyə hədələdi?
16-12-2020 15:23
44 günlük müharibə ərəfəsində Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə bir çox rəsmi səfərlər gerçəkləşdi. Son olaraq isə Qələbə paradı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəmizə səfər etdi. Bu səfərlər zamanı iki ölkə arasında hələ açıqlanmayan müqavilələr imzalanıb. Türkiyənin müdafiə naziri Hulusi Akarın “müqavilə pozularsa, vaxt itirmədən müharibə variantına keçə bilərik” sözləri bunu bir daha isbat edir.Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Türkiyənin milli müdafiə naziri Hulusi Akarın Qarabağdakı vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin iclasında çıxışını şərh edərkən deyib.
O bildirib ki, regionda 27 ildir müharibənin bitməməsinin, işğalın davam etməsinin tək səbəbi güc balansının təktərəfli olması idi:
“Real yanaşsaq, 44 günlük müharibəyə qədər Cənubi Qafqaz Rusiyanın “arxa bağçası” hesab edilirdi. Yəni bu regionda baş verən bütün proseslərə Kremlin ən azından nəzarəti var idi. Bu gün isə regionda tək söz sahibi Rusiya deyil. Türkiyənin regionda varlığı danılmaz bir fakt, bəziləri üçün isə acı reallıqdır. Məhz bu reallıq 27 ildir dondurulan, dalana dirənən Ermənistan-Azərbaycan münaqişəsinin həllini təmin etdi”.
Politoloq bildirib ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarabağdakı vəziyyətlə bağlı Türkiyə Böyük Millət Məclisinin iclasında çıxışı möhtəşəm idi:
“Türkiyənin sərt güc siyasətinin təcəssümü olan Akar ölkəsinin adından açıqca dedi ki, Ermənistan kimlərəsə güvənib üçtərəfli sülh Bəyanatının tələblərini pozarsa, vaxt itirmədən müharibə variantına keçə bilərik. Hətta çıxışda onu da vurğuladı ki, Azərbaycanın təhlükəsizliyinin qarantı Türkiyədir.
Hər kəs bilir ki, rəsmi Ankara bir məsələyə müdaxilə etdisə, nəticəsi müharibə olsa belə, həll etmədən əl çəkməyəcək. Türkiyə ilə müharibə etmək isə heç bir ölkə üçün arzuolunan deyil. Çünki Türkiyəyə qalib gəlmək “Pir qələbəsi” kimi məğlubiyyətə bərabər bir qələbədir. Bu mənada düşünürəm, Ermənistan istəsə də, istəməsə də bu bəyanatın bütün tələblərini icra etməlidir və edəcək də!"
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 16-12-2020 15:23
Baxış sayı: 4368Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























