Reklam
Şəhid anası dövlətin ayırdığı 10 min manatı Silahlı Qüvvələrə Yardım Fonduna bağışladı - ŞƏKİL
07-12-2020 13:20
İkinci Qarabağ müharibəsində Füzulinin azad olunması istiqamətində döyüşlərdə şəhid olan Kürdəmir rayonunun stansiya Karrar qəsəbəsinin sakini Zülfüqarov Məlik Kamran oğlunun anası örnək addım atıb. Dalidag.az-ın məlumatına görə, şəhidin anası Yeganə Adilova azxeber.com-a açıqlamasında deyib ki, o şəhid üçün dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayıb.
Yeganə Ədilova 10 min manat məbləğində birdəfəlik yardımın Vətənimizin keşiyində duran əsgər və zabitlərə xərclənməsini daha düzgün hesab edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğı üçün dövlət başçısına da təşəkkür edib.
Evin tək oğlu olan Məlik Böyük Vətən Müharibəsinin ilk günlərindən ön cəbhədə döyüşüb.
Torpaqlarımızı azad etmək uğrunda qəhrəmanlıqla şəhid olub.
19 yaşlı şəhidimiz 21 oktyabrda doğulduğu qəsəbədə torpağa tapşırılıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 07-12-2020 13:20
Baxış sayı: 4663Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























