Reklam
Azad olan rayonlarda torpaq bölgüsü necə aparılacaq?
04-12-2020 10:52
Dalidag.az xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu məsələdə heç bir problemin olmayacağını bildirib.
Onun sözlərinə görə, həmin rayonlar işğal olunan zaman xüsusi mülkiyyətində torpaq sahəsi olan insanların torpaqları sözsüz ki, özlərinə veriləcək:
“Bu məsələ məlumdur. Həmin insanlar gedib öz torpaqlarına sahib olacaqlar. Həmin ərazilərdə dövlət mülkiyyətində olan torpaq sahələri də var və dövlət bu torpaq sahələrindən artan əhaliyə pay torpaqları verə bilər.
Sözsüz ki, həmin ərazilərdə bələdiyyələr də olmalıdır. Həmin bələdiyyələrə də dövlət torpaqlarından sahələr ayrıla bilər. Azərbaycanda aparılmış aqrar islahatların şərtlərinə uyğun hər kəsə torpaq sahələri ayrılacaq. Ancaq ola bilər ki, bəzi rayonlarda əhaliyə torpaq sahələri az düşsün, bəzi rayonlarda çox. Misal üçün, Ağdamın əhalisi çox, ərazisi kiçikdir, lakin Kəlbəcərin ərazisi Ağdamdan böyük, əhalisi isə azdır. Belə olan halda ola bilər ki, ayrı-ayrı rayonlarda insanlara düşən torpaq sahələrinin həcmində fərq olsun. Ancaq bütün hallarda əhalinin hamısına pay torpaq sahələri ayrılacaq”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-12-2020 10:52
Baxış sayı: 3305Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)



















