Reklam
Kəlbəcər rayon İH-nin başçısı Türkiyənin Gəncədəki Baş konsulunu qəbul edib - Şəkillər
26-11-2020 14:02

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul edib.
Dalidag.az-ın məlumatına görə, görüşdə iştirak edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Azərbaycan xalıqının ümumilli lideri Heydər Əliyevin büstünün önünə gül dəstləri düzüb və daha sonra şəhidlər xiyabanı ziyarət edilib.Görüşdə Azərbaycan və Türkiyə arasında olan dostluq, qardaşlıq münasibətlərindən söz açılıb, hər iki ölkənin regionları arasında olan əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, bu gün xalqımızın və kəlbəcərlilərin həyatında mühüm olan bir gündür.Azərbaycan Respublikasının Prezidenti , Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyətinin, silahlı qüvvələrimizin rəşadətinin nəticəsi olaraq bağlanan bəyənata əsasan Kəlbəcər rayonu bu gün Ermənistan tərəfindən boşaldılaraq işğaldan azad olunmuşdur.Belə bir əziz gündə dost-qardaş Türkiyə dövlətinin Gəncədəki Baş konsulu Zəki Öztürkü qəbul etmək olduqca xoşdur.Çünki bizim bu qələbəmizdə Türkiyə Cumhuriyyətinin olduqca böyük payı var.Türkiyə dövləti bu dəfədə bizləri tək qoymayaraq həm mənəvi,siyasi eyni zamanda da hərbi dəstəyini əsirgəmədi.
Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk belə bir əlamətdar gündə işğaldan azad edilmiş Kəlbəcər rayonundan olan kəlbəcərli məcburi köçkünlərlə və Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevlə bir arada olduğundan məmnunluğunu ifadə edərək bildirmişdir ki, Türkiyə dövləti hər zaman dost və qardaş Azərbaycanın yanındadır.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.






Kateqoriya: Sosium
Tarix: 26-11-2020 14:02
Baxış sayı: 3482Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























