Reklam
Dilqəm Əsgərov Şırakda saxlanılır
18-11-2020 19:00
Ermənistanın girov götürdüyü azərbaycanlı Dilqəm Əsgərovun saxlanıldığı yer məlum olub.Dalidag.az xəbər verir ki, bu barədə trend-ə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
O bildirib ki, ermənilər Dilqəm Əsgərovu əvvəlcə Ermənistanın Gorus rayonuna, oradan isə Şıraka aparıblar:
"Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarının dünən mənə verdiyi məlumata görə, ermənilər atam Dilqəm Əsgərovu Şuşa Qalasından oğurlayaraq, öncə Gorusa aparıblar. Bir müddət orda qaldıqdan sonra, noyabrın 13-də Şıraka aparıblar. Rəsmi məlumata görə, hazırda atam Şırakda "Artik" adlı türmədə saxlanılır".
K.Əsgərovun sözlərinə görə, Komitənin əməkdaşları Dilqəm Əsgərova Şırakda baş çəkiblər: "Onlar görüşdən dərhal sonra mənə məlumat verdilər. Məlumata görə, hər şey normaldır və Qızıl Xaç Komitəsinin əməkdaşları atamı daim nəzarətdə saxlayır".
Qeyd edək ki, ermənilər tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasından aparıldığı noyabrın əvvəlində məlum olub. Şahbaz Quliyevin harada olması ilə bağlı məlumat yoxdur.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 18-11-2020 19:00
Baxış sayı: 4324Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























