Reklam
Düşməni vahiməyə salan generalımız - Video
10-11-2020 21:53
Vətən müharibəsində adını qızıl hərflərlə tarixə yazan qəhrəmanlarımızdan biri də general-leytenant Hikmət Mirzəyevdir.Dalidag.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. 2016-cı ilin Aprel müharibəsi zamanı və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir.
Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
2020-ci il 27 sentyabr tarixində Qarabağ uğrunda savaşın növbəti mərhələsi başlayandan Hikmət Mirzəyev artıq Cəbrayıl və Şuşa şəhərinin işğalçılardan azad edilməsi uğrunda əməliyyatlara başçılıq edib.
Təsadüfi deyil ki, Prezident Cəbrayıl və Şuşa şəhərinin işğalçılardan azad edilməsindən dərhal sonra Hikmət Mirzəyev zəng edərək, təbrik etdi. Hətta Cəbrayıl şəhəri və rayonun 9 kəndinin azad edilməsi əməliyyatında iştirakından sonra Prezidentin Sərəncamı ilə ona general-leytenant ali hərbi rütbəsi verildi.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Hikmət Mirzəyevin və səlahiyyətindəki hərbi birliyin Qarabağda aparılan bir sıra misilsiz əməliyyatlarda ən öndə yer aldığı, düşmənə çoxsaylı sarsıdıcı zərbələr endirdiyi bildirilir. Hikmət Mirzəyev və XTQ Ermənistan ordusunda daim vahimə ilə xatırlanır. Bu, erməni KİV-ində, eləcə də beynəlxalq mediada son əməliyyatlarla bağlı yayılmış materiallarda da aydın görünür.axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 10-11-2020 21:53
Baxış sayı: 4414Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















