Reklam
Türk ordusu gəlir, məsələ bitdi – Ekspert
10-11-2020 12:06
Dalidag.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki, bu gün Dağlıq Qarabağ münaqişəsinə son qoyulur:
“Tarixi gündür. Razılaşmada nəzərdə tutulan şərtlər barədə geniş məlumat verildiyindən qeyd etmək istərdim ki, bu bəyanatda Dağlıq Qarabağ ilə bağlı hər hansı statusun nəzərdə tutulmaması münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli deməkdir.
Növbəti 20 gündə Azərbaycanın daha 3 rayonu azad olunacaq və işğalçı ölkənin qoşunları ərazimizi tərk edəcək. Artıq erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına başlanılıb. Digər tərəfdən, Rusiya sülhməramlıları ilə yanaşı qardaş Türkiyə ordusu da Azərbaycana gəlir. Anlaşmada Dağlıq Qarabağa xüsusi status nəzərdə tutulmadığı üçün Qarabağda yerləşən bütün şəhərlər və kəndlər Azərbaycan ərazisindəki yaşayış məntəqələri kimi iştirakçı ölkələr tərəfindən rəsmən qəbul olunur.
Bu, ölkə iqtisadiyyatının yeni mərhələdə inkişafı baxımdan da vacibdir. Eyni zamanda, münaqişənin həll edilməsi regiona daha çox sərmayələrin cəlb edilməsinə də imkan yardacaq.
Qarabağ Azərbaycandır!”/axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 10-11-2020 12:06
Baxış sayı: 4349Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17





























