Reklam
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İB əsgərlərimizə növbəti dəfə sovqat aparıb
04-11-2020 16:25
Ölkəmizin ictimai həyatında xüsusi rolu ilə seçilən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndələri də bu müqəddəs çağırışa qoşularaq, mütəmadi olaraq, əsgərlərimizi ziyarət ediblər.
Dalidag.az -ın məlumatına görə, İctimai Birliyin sədri, el ağsaqqalı Qənbər Şəmşiroğlunun tapşırığı və xeyir-duası ilə əsgərlərimizin görüşünə gedən İctimai Birliyin nümayəndələri görüşlər zamanı bildiriblər ki, əslində bu gün dünyanın ən qüdrətli ordularından olan Azərbaycan ordusunun maddi-texniki baxımdan heç bir yardıma, köməyə ehtiyacı yoxdur. Xüsusi vurğulanıb ki, bu ziyarətlərdə məqsəd xalqın ordu ilə birlikdə olduğunu bir daha nümayiş etdirmək və xalqımızın tarixən orduya, əsgərə sovqat göndərmək ənənəsini yaşatmaqdır.
Görüşlər zamanı əsgərlərimiz yüksək əhval-ruhiyyədə olduqlarını bildirblər, xalqdan gələn hər bir dəstəyin, onlara göndərilən adi bir sovqatın belə mənəvi cəhətdən böyük mənası olduğunu ifadə ediblər. Bildirilib ki, müzəffər Azərbaycan ordusu Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, cənab Prezidentimiz, Ali Baş Komandanımız, mahir sərkərdəmiz İlham Əliyevin rəhbərliyi ilə ən yaxın zamanda işğal altında olan bütün torpaqlarımızı azad edəcək, əzəli yurdlarımızda şanlı Azərbaycan bayrağı dalğalanacaqdır.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-11-2020 16:25
Baxış sayı: 4381Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15




























