Reklam
Moskva növbəti dəfə İrəvana köməkdən imtina etdi
31-10-2020 15:18
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardımın növü və həcmini müəyyənləşdirmək üçün məsləhətləşmələrə başlamaq xahişinə Rusiya Xarici İşlər Nazirliyinin cavabından nəticə çıxarmaq olar.
“Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında 29 Avqust 1997-ci il tarixli “Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Fəaliyyət haqqında” Müqavilədən irəli gələn vəzifələr də daxil olmaqla, Ermənistan Respublikasına qarşı müttəfiqlik öhdəliklərinə sadiqliyi təsdiqləyirik. Bu Müqavilənin bir sıra maddələri silahlı hücum təhlükəsi olduqda və ya ərazilərinə qarşı təcavüz aktı olduqda konkret hərəkətləri nəzərdə tutur. Müqaviləyə uyğun olaraq, qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, Rusiya İrəvana bütün lazımi yardımları verəcək”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi şərhində deyilir.
Beləliklə, Rusiya xarici işlər qurumu Azərbaycanın Ermənistan ərazisinə hücum etmədiyini təsdiqləyir.
Azərbaycan ordusunun əks-hücum əməliyyatı beynəlxalq miqyasda tanınmış sərhədlər daxilində Azərbaycanın suveren ərazisində aparılır və Ermənistanın işğal etdiyi torpaqları işğaldan azad etmək məqsədi daşıyır.oxu.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 31-10-2020 15:18
Baxış sayı: 3348Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15




























