Reklam
Hərbi ekspert: "Foto-video paylaşanlar cəzalandırılsın..." - Ciddi məsələ
23-10-2020 15:19
Dalidag.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.
Onun sözlərinə görə, düşmən bu foto, video və qeydlərdən öz maraqları naminə istifadə edir, ordumuzun döyüş ruhunu, ona olan inamı sarsıtmaq üçün plan qurur, addımlar atırlar:
“Bu savaş bizim haqq işimizdir. Şəhidlər var və müharibə tam başa çatanadək yeni itkilərimiz qaçılmazdır. Sentyabrın 27-dən sonra, əməliyyatların ilk günlərindəki ümumi səliqə-sahman bir qədər eyforiya və məsuliyyətsizliklə əvəzlənib. Çox xahiş edirəm, buna əsla yol verməyək. Ən xırda ehtiyatsızlıqdan düşmən öz çirkin, mənfur məqsədləri üçün istifadə edir. Məsuliyyətli, ehtiyatlı, diqqətli olaq.
Sosial media ordumuza mane olur. İnanın, bunu tam səmimi və ciddi deyirəm. Bəzilərimiz bilərəkdən və ya bilməyərəkdən bir çox yanlışlıqlara yol verir”.
Üzeyir Cəfərovun fikrincə, ordumuzda da ciddi təlimatlandırma aparılmalıdır: “Kimliyindən və göstərdiyi qəhrəmanlıqdan asılı olmayaraq, hər kəs döyüş sirrini qorumalıdır. Əks halda ən sərt formada məsuliyyətə, hətta lazımdırsa cinayət məsuliyyətinə cəlb etmək gərəkdir. Cəbhə bölgəsindən video və ya foto paylaşan əsgər və zabitlər müəyyənləşdirilərək xəbərdar olunmalı və ya cəzalandırılmalıdırlar.
Müharibə səhlənkarlığı sevmir, ən xırda ehtiyatsizlıq həyat bahasına başa gəlir. Komandirlərimizi, qəhrəman oğullarımızı qoruyaq”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 23-10-2020 15:19
Baxış sayı: 3314Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)



















