Reklam
Dövlət komitəsi tərəfindən məcburi köçkünlərə yardım göstərilib - Şəkillər
21-10-2020 17:43
Son vaxtlar dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da koronavirusa (COVİD-19) yoluxma halları artır. Xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir, əhalinin təkcə maarifləndirilməsinə deyil, həm də sağlamlığının qorunmasına və ərzaq təminatına xüsusi diqqət yetirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu günlərdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” layihəsinin dəstəyi ilə yardım aksiyası gerçəkləşdirib. Belə ki, müxtəlif rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə, ümmulikdə, sanitar-gigiyenik vasitələr və ərzaqdan ibarət 11 ton yardım 550 ailəyə təqdim olunub.
Risk qrupuna daxil olan insanların evdə qalmasına və virusa yoluxmaqdan qorunmasına dəstək vermək məqsədi daşıyan yardım aksiyası zamanı məcburi köçkünlərə infeksiyanın qarşısının alınması üçün zəruri olan sanitar-gigiyenik tələbələrə və sosial izolyasiya tədbirlərinə riayət etmək tövsiyə edilib. Məcburi köçkünlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq bildiriblər.
Qeyd edək ki, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) GmbH tərəfindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Cənubi Qafqazda aztəminatlı məcburi köçkün və yerli əhalinin iqtisadi və sosial inkişafı” regional layihəsi Bərdə, Ağdam rayonu və Mingəçevir şəhərində həyata keçirilir. Proqramda Gürcüstan və Azərbaycanda məskunlaşmış məcburi köçkünlərin məşğulluq və yeni bizneslərin qurulması, həmçinin mövcud bizneslərin genişlənməsi və məcburi köçkün qəsəbələrində xüsusilə qadınların və gənclərin sosial inteqrasiyasının dəstəklənməsi nəzərdə tutulur.
Dalidag.az







Kateqoriya: Sosium
Tarix: 21-10-2020 17:43
Baxış sayı: 3290Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















