Reklam
Əsirlərin dəyişdirilməsi zamanı Dilqəm və Şahbaz Azərbaycana qaytarıla bilərmi?
10-10-2020 13:45

"Böyük ehtimalla 11 saat davam edən görüşdə Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi də olub".
Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun oktyabrın 10-da elan olunan humanitar atəşkəs əsasında hərbi əsirlər və meyitlərlə dəyişdirilə bilərmi, sualına cavab verərkən bildirib. Ekspert bu məsələ ilə bağlı hər hansı bir fikir bildirməyin çətin olduğunu deyib:
"Bunlar tamam başqa-başqa məsələlərdir. Konkret danışılıb sentyabrın 27-dən bu gün saat 12:00-a kimi kimi olan meyitlərdən və hərbi əsirlərdən. Nə olacaq, necə olacaq, onu deyə bilmərəm. Dilqəm Əsgərov və Şahbaz Quliyev gürovluqdadır. İşğalçılar onları girov götürüb. Mən çox arzulayıram, çox istəyirəm onlar Azərbaycana qaytarılsın. Necə olacaq, nə olacaqsa, onu yaxın saatlarda biləcəyik".
Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov 2014-cü il iyulun 11-də Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 10-10-2020 13:45
Baxış sayı: 4580Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























