Reklam
Azərbaycanla Ermənistan arasında humanitar məqsədli atəşkəs başladı
10-10-2020 12:24
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.
Qeyd edək ki, sentyabrın 27-də işğalçı dövlət Azərbaycana qarşı bütün cəbhə boyunca təxribat törədib. Buna cavab olaraq Azərbaycan ordusu əhs-hücum əməliyyatına başlayıb. Keçən müddət ərzində silahlı qüvvələrimiz mühüm strateji məhəmiyyətə malik olan Suqovuşan kəndini, Cəbrayıl şəhərini, Hadrut qəsəbəsini və onlarla kəndi işğaldan azad edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 10-10-2020 12:24
Baxış sayı: 4281Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17





























