Reklam
"Mail.ru" istifadəçilərinə xəbərdarlıq - Rəsmi
09-10-2020 12:31
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən “Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyalarının həyata keçirildiyini qeydə alıb.
Nazirlikdən verilən məlumata görə, Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır.
Saxta e-poçtlardan birində guya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən döyüşdə həlak olanların siyahısının açıqlandığı bildirilir və həmin faylı yükləmək üçün keçidə daxil olunması istənilir. Həmin faylın içərisində isə zərərverici proqramlar yerləşdirilir və keçidə daxil olub məlumatları yükləyən istifadəçinin cihazı yoluxur. Digər bir e-poçtda cəbhəyanı bölgələrlə bağlı mövcud vəziyyətə uyğun olmayan və reallığı əks etdirməyən saxta məlumatlar yer alır.
Həmçinin müxtəlif sosial şəbəkələrdə saxta hesablardan azərbaycanlı istifadəçilərə yazaraq Azərbaycandakı mövcud vəziyyətlə bağlı məlumat toplamağa çalışırlar.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “Mail.ru” e-poçt xidmətinin istifadəçilərinə xüsusilə ayıq davranmağı, tanımadığı şəxslər tərəfindən göndərilən heç bir keçidə (linkə) daxil olmamağı və ya hər hansı faylı yükləməməyi tövsiyə edir.
Bildiririk ki, hər hansı kiberinsidentlə üzləşdiyinizdə və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.
Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlamağınızı və Elektron Təhlükəsizlik Xidmətinə göndərməyinizi xahiş edirik.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-10-2020 12:31
Baxış sayı: 3324Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15




























