Reklam
Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş səfirinə Ermənistanın təxribatı haqqında məlumat verilib
05-10-2020 21:30
Dövlət Komitəsinin sədri qonağı yeni təyinatı münasibəti ilə təbrik edib və ona fəaliyyətində uğur arzu edib.
Səfirə məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Dövlət qayğısı nəticəsində bu günədək məcburi köçkünlər üçün 100-dən çox yeni qəsəbə salınıb, nəticədə bu kateqoriyadan olan 320 min vətəndaşın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.
Səfirə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, eyni zamanda digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların hələ də icra olunmadığı haqqında məlumat verilib.
Yaponiyalı diplomata təcavüzkar Ermənistanın hərbi birləşmələrinin son günlər törətdiyi təxribat və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatı barədə məlumat verilib. Təəssüflə bildirilib ki, işğalçıların cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizi intensiv atəşə tutması nəticəsində mülki əhali, o cümlədən məcburi köçkünlər arasında həlak olanlar və yaralananlar vardır.
Dövlət Komitəsinin sədri Yaponiya tərəfindən müxtəlif illərdə məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrə görə təşəkkür edib.
Cuniçi Vada səmimi qəbula görə minnətdarlığını bildirib. Öz ölkəsinin dünyada sülhə böyük önəm verdiyini vurğulayan səfir, bununla yanaşı, işğalın aradan qaldırılması uğrunda Azərbaycanın göstərdiyi şücaəti bəyəndiyini və dəstəklədiyini, münaqişənin həllinin region üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Yaponiya tərəfindən ölkəmizdə məcburi köçkünlərə dəstək məqsədi ilə layihələr icra edilir.
Əməkdaşlığın bundan sonra da genişləndirilərək davam edəcəyinə əminlik ifadə olunub.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 05-10-2020 21:30
Baxış sayı: 3330Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























