Reklam
Cəbhədə də, meydanda da qalib komanda - "Qarabağ"
02-10-2020 20:00
Oktyabrın 1-də “Qarabağ” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa çempionu “Leqiya”ya Varşavada 3:0 hesabı ilə qalib gəlib. Təcavüzkar Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatının davam etdiyi bir vaxtda qazanılan bu qələbə təkcə komandanın azarkeşlərində deyil, ümumən cəbhə xəttindən hər gün xoş soraq gözləyən ölkə əhalisində sevinc və məmnunluq hissi doğurub. "Qarabağ" klubu böyük hesablı qələbəsini şanlı və müzəffər ordumuza həsr etdiyini oyundan sonra bütün heyətlə yaşıl meydançada əsgər salamı verməklə bildirib.
Xatırladaq ki, Dövlət Komitəsinin bu ilin əvvəlindən etibarən keçirdiyi “Əsgərə salam” hərbi-vətənpərvərlik layihəsi cəmiyyətin müxtəlif təbəqələrinin Ali Baş Komandana etimadını, Silahlı Qüvvələrimizin şəxsi heyəti ilə həmrəyliyini nümayiş etdirir. Layihədə iştirak edənlər, kollektiv və ya fərdi şəkildə hərbi salamlama vəziyyətində şəkil çəkdirərək öz sosial şəbəkə hesablarında #esgeresalam #dovletqacqinkom həştəqlərini qeyd etməklə paylaşırlar. Layihəyə qoşulanların sayı artıq yüz mini ötüb. Layihə çərçivəsində, həmçinin, “Əsgərə salam” adlı fləşmob, futzal turniri, inşa müsabiqəsi təşkil edilib. Layihədə iştirak etmək istəyənlər hərbi salamlama vəziyyətində şəkil çəkdirərək, sosial şəbəkələrdə #esgeresalam həştəqi ilə paylaşa bilərlər.
Yaşasın, müzəffər Azərbaycan Ordusu!
Qələbə bizimlədir!
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 02-10-2020 20:00
Baxış sayı: 3349Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15




























