Reklam
Paşinyanın Əliyevdən vaxt istəməsi ictimailəşdi, orduya əmr verildi
26-09-2020 12:03
Erməni baş nazirin hakimiyyətini gücləndirmək, əvəzində real danışıqlara gəlmək üçün Düşənbədə İlham Əliyevdən vaxt istəməsi faktının ictimaiyyətləşdirilməsi danışıqlarla bağlı verdiyi vədə əməl etməyən Paşinyan hakimiyyəti üçün ciddi problemlər yaradıb.
Nikol ona qarşı çevrilən daxili ictimai rəyin yönünü dəyişdirmək və özünü xilas etmək üçün dünən – 25 sentyabr – iki addım atdı.
Birincisi, "Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan həbs edildi. Bu, daxili siyasi seqmentdə gündəmin dəyişməsinə hesablanıb.
İkincisi, cəbhədə təxribat hücumlarına hazırlıq gedir.
Ermənistan mediası bir neçə saat öncə - yerli vaxtla saat 22:00 radələrində Dağlıq Qarabağdakı bütün hərbi hissələrin 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyi haqda məlumat yayıb. Məlumata görə, işğal olunmuş ərazilərdəki zabit heyəti tam şəkildə hərbi hissələrə çağrılıb.
Cəbhədə gecə hücumunun olaca biləcəyi istisna deyil.
Paşinyan bununla diqqəti "xarici düşmən” obrazı ətrafında cəmləmək və hakimiyyətini gücləndirmək üçün Əliyevdən xahiş edən baş nazir imicini "hücum edən komandan” imici ilə əvəzləmək istəyir.
Prezident İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən dediyi "Kəşfiyyat mənbələrimizdə məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir, onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir” sözləri də təsadüfi deyil./publika.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 26-09-2020 12:03
Baxış sayı: 3664Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20





























