Reklam
Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb - ŞƏKİL
25-09-2020 19:27
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quzanlı qəsəbəsində təşkil edilmiş ilk yardım təlimləri başa çatıb. Dalidag.az-ın məlumatına görə, sentyabrın 22-də başlayan və üç gün davam edən təlimlərdə yerli sakinlər və məcburi köçkünlər iştirak ediblər.
Təlimləri AzQAC-ın və BQXK-nın yüksək ixtisaslı təlimçiləri aparıblar. Təlim proqramına ilk yardım və onun əsas prinsipləri üzrə nəzəri və praktiki məşğələlər daxildir. İlk yardımın məqsədi zərərgörənin həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsidir.
Xatırladaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində, hazırda Tərtər rayonunun inzibati vahidi olan Şıxarx qəsəbəsində ötən ilin aprel və sentyabr aylarında ilk yardım göstərilməsi üzrə təlim təşkil edib. Dövlət Komitəsi işğaldan azad edilmiş və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan məcburi köçkün vətəndaşlarımız arasında ilk yardım üzrə maarifləndirmə işinin aparılmasını vacib sayır. Təlimlərin məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı digər yaşayış yerlərində də aparılması nəzərdə tutulur.
Dalidag.az








Kateqoriya: Sosium
Tarix: 25-09-2020 19:27
Baxış sayı: 3413Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























