Reklam
Məcburi köçkünlərin məskunlaşdığı Qızıl Qum sanatoriyası ilə bağlı Dövlət Komitəsinin məlumatı
16-09-2020 19:17
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sentyabrın 14-də axşam radələrində Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması haqqında məlumat daxil olub. Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev hadisə yerində olublar. Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə binaya baxış keçirilib.
Binanın beton konstruksiyalarında qüsurlar qeydə alındığı üçün məcburi köçkünlərə binanı tərk etmək tövsiyə olunub. Fövqəladə Hallar Nazirliyi məcburi köçkünlərin gecələməsi üçün ərazidə çadırlar, səhra mətbəxi və yeməkxana qurub. Ərazi işıqlandırılması üçün Azərişıq ASC tərəfindən transformatorla təmin edilib.
Sentyabrın 16-da Fövqəladə Hallar Nazirliyi qəzalı vəziyyətdə olan binadan sakinlərin təxliyyəsinin vacibliyini bildirib. Hazırda binada müvəqqəti məskunlaşmış 98 məcburi köçkün ailəsinin kirayə mənzillərə köçürülməsi üçün Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür.
Dövlət Komitəsi həmin ailələri məcburi köçkünlər üçün Bakı şəhərinin Sabunçu rayonu ərazisində tikilən, gələn ilin əvvəllərində istifadəyə veriləcək yeni yaşayış kompleksində yerləşdirməyi nəzərdə tutub.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 16-09-2020 19:17
Baxış sayı: 3764Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























