Sovet dövründə ermənilərin "çoxaldılması" ilə bağlı yeni faktlar - İnanılmaz

07-09-2020 13:10


"Livan və Suriyadan ermənilərin işğal edilmiş ərazilərimizə gətirilməsi məsələsinin mahiyyətini bilmək üçün Ermənistanın milli təhlükəsizlik strategiyasına diqqət yetirmək lazımdır".
Dalidag.az xəbər verir ki, bu fikirləri teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, tarixçı alim Musa Qasımlı bildirib.
Alimin sözlərinə görə, həmin sənəddə birbaşa yazılır ki, demoqrafik böhran, əhalinin azalması və ermənlərin mühacirəti dövlətin mövcudluğunu təhdid edir: "Bu gün Ermənistan nəinki ölkə daxilində, eyni zamanda işğal etdiyi ərazilərdə yerləşdirməyə adam tapa bilmir. Bunun üçün insan potensialı yoxdur. Ona görə də Ermənistan hakimiyyəti sovet dövründə olduğu kimi, yenə də xarici ölkələrdən ermənilərin “xoş həyat” adı ilə aldadılıb gətirilməsi vasitəsindən istifadə edir. O zaman elə uydurma təbliğat aparmışdılar ki, sanki gələn ermənilər su kranını açanda oradan süd axdığını görəcəkdilər. Onlar nəinki süd görmədilər, kranlardan suyun növbə ilə bir neçə saat verildiyinin şahidi oldular. Sonralar bir çoxu köçüb Avropa ölkələrinə və ABŞ-a getdilər. Bununla bağlı arxivlərdə maraqlı sənədlər saxlanılır”.
Musa Qasımlı xatırladıb ki, Yaxın və Orta Şərqdən ermənilərin gətirilməsi məsələsi yeni deyil, onun bəlli bir tarixi var.
Millət vəkili bildirib ki, 1922-1923-cü illərdə keçirilmiş Lozanna konfransından sonra xaricdən ermənilər Cənubi Qafqaza gətirilib: “O zaman Mosuldan gətirilən ermənilərin 8 min nəfəri Azərbaycanın yuxarı Qarabağ regionunda yerləşdirilib. Ermənistanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi ilə əlaqədar 1945-ci il noyabrın 21-də SSRİ Xalq Komissarları Sovetinin sədri İ.Stalinin və XKS-nin işlər müdiri M.Smirtyukovun 4 bənddən ibarət imzaladıqları 2847 saylı qərarı var. Həmin qərara əsasən, xarici ölkələrdən ermənilərin Ermənistana gəlməsinə icazə verilib.
Ermənistan SSR XKS yanında xüsusi komitə yaradılıb. Komitə digər ölkələrlə yanaşı Livan və Suriya ermənilərinə də müraciət edərək onları Ermənistana dəvət edib”.
Tairxçi alim qeyd edib ki, 1946-cı il iyunun 21-də SSRİ Nazirlər Soveti xarici ölkələrdən Ermənistan SSR-ə gələn ermənilərin yerləşdirilməsi barədə mühüm tədbirləri müəyyənləşdirən qərar qəbul edib: “Həmin ilin iyul ayının əvvəllərində Livan və Suriyadan Ermənistana 2500 erməni ailəsi göndərilib. Beyrutdan gətirilən ermənilərin ikinci dəstəsi 1100 nəfərdən ibarət idi.
Sentyabr ayında Livan və Suriyadan gətirilən ermənilərin üçüncü dəstəsində 2427 nəfər ooub. Ermənistan K(b)P MK-nın birinci katibi Q.Arutunov 1946-cı il 10 oktyabr tarixli 787 saylı tamamilə məxfi məktubunda Stalinə yazırdı ki, 1945-ci il noyabrın 21-dən 1946-cı il oktyabrın 8-dək Ermənistana Livan və Suriyadan 17 min 992 erməni gətirilib.
Ermənistana təqribən 20 xarici ölkədən ermənilər gətirilib. Onların yerləşdirilməsi üçün şərait olmadığından sonrakı illərdə azərbaycanlılar planlı şəkildə, zorla deportasiya edilib. Nəticədə Ermənistanın türksüzləşdirilməsi, erməniləşdirilməsi yolunda növbəti addım atılıb. Sonralar bu gətirilmə dayandırılsa da, sovet rəhbəri N.S.Xruşşovun Ermənistana səfərindən sonra proses davam etdirilib”.
Musa Qasımlı qeyd edib ki, 1970-ci ildə Livan və başqa ölkələrdən Ermənistana 1200 erməni gətirilib: “Əslində indi Ermənistanda yaşayan ermənilərin aşağı-yuxarı 500-1000 nəfəri Cənubi Qafqaz kökənli ola-olmaya. Qalanları gəlmədir. Ümumiyyətlə, ermənilər gəlmədirlər, regionda aborigen deyillər”.
Millət vəkili vurğulayıb ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma aparmaq istəyir: “Əgər Ermənistanın özünün əhalisi təxminən 2 milyon nəfərdirsə, həmin əraziləri necə məskunlaşdıra bilər? Əhali omasa, hər hansı bir ərazini necə inkişaf etdirmək olar?"
Deputat hazırda Ermənistanda qurulmaqda olan könüllü dəstələr məsələsinə də aydınlıq gətirib. Bildirib ki, düşmən ölkədə “könüllü” dəstələrin qurulması məsələsinin bir neçə tərəfi var: “İlk növbədə, bu addım Ermənistanda demoqrafik böhranın göstəricisidir. Yəni, Ermənistan yaxın illərdə ordunun sıralarını əsgərlə doldurmaqda çətinlik çəkdiyi üçün bu yola baş vurur. Bu addımın başqa məqsədləri də var. Hələ Birinci Dünya müharibəsi illərində ermənilərdən ibarət “könüllü” adı altında dəstələr təşkil edilmişdi. Həmin dəstələrin tərkibi cinayətkar elementlərdən ibarət idi. Bütün erməni “könüllü” dəstələrinin başında məşhur terrorçular dayanıb.
Daşnak Ermənistanı ordusunun təməlini həmin terrorçu dəstələr təşkil edib. Belə bir addımı atmaqla Ermənistan hərbi təcavüz başlayarkən qəbul etdiyi ənənəni yenidən davam etdirir. Yenə də həmin “könüllü” dəstələr terrorçulardan və canilərdən ibarət olacaq. O vaxt da hər hansı əraziyə əvvəlcə “könüllü” dəstələr daxil olurdu, sonra nizami ordu gəlirdi. Bu, Ermənistanın terroçu dövlət olduğunu təsdiq edir.
Digər tərəfdən bu dəstələrin saxlanılması üçün vəsait haradan veriləcək? Deməli, onlar başıpozuq, nəzarətsiz dəstələr kimi Ermənistan daxilində bir-birinə qarşı silah işlədəcəklər”.
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 07-09-2020 13:10
Baxış sayı: 4480
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını