Reklam
Ermənistan Rusiya ilə birgə hərbi təlimlərə başladı
05-09-2020 14:23
Ermənistan Rusiya hərbçiləri ilə birgə təlimlərə başlayıb.Dalidag.az xəbər verir ki, "Sputnik Ermənistan"-ın yaydığı məlumata görə, ordular artilleriya, hərbi hava hücumundan müdafiə sistemləri, əməliyyat-taktiki və ordu aviasiyasının dəstəyi ilə kəşfiyyat və hücum komplekslərində əməliyyatlar təşkil edəcək.
Gümrüdə yerləşən Cənubi Hərbi Dairənin Rusiya hərbi bazasının qulluqçuları Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri ilə birgə taktiki təlim çərçivəsində Kamxud və Alaqyaz silsilələrinə yürüş ediblər.
Pilotsuz uçuş aparatları isə manevr və süni düşmənin mövqelərinin atəşə tutulması zamanı birləşmələrin hərəkətlərini izləyəcək.
Təlim zamanı hərbi qulluqçular gündüz və gecə nəqliyyat vasitələrini və zirehli maşınları idarə etmək, atıcı silahlardan, qumbaraatanlardan atəş açmaq, piyadaların döyüş maşınlarının silahlandırılması, tanklar, topçu və zenit raketləri üçün sınaq təlimləri yerinə yetirəcək.
Təlimlərə Cənub Hərbi Dairəsinin 1000 hərbçisi, qırıcı, ordu və pilotsuz təyyarələr də daxil olmaqla, 300-ə yaxın xüsusi texnika cəlb olunub.
Qeyd edək ki,102-ci Rusiya hərbi bazası MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində hazır vəziyyətə gətirilən Gümrü şəhərində yerləşdirilib. Ermənistan və Rusiya 20 avqust 2010-cu il tarixində bazanın yerləşdirilməsinə dair müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 05-09-2020 14:23
Baxış sayı: 3416Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















