Reklam
Eldar Həsənov həbsinin girovla əvəzlənməsini istəyir
01-09-2020 22:07
Keçmiş baş prokuror Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsini istəyir, onun vəkili Adil İsmayılov bildirib.O bildirib ki, sabiq səfirin səhhəti “heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər”.
O bu ittihamlarda özünü təqsirli bilmir, tam, hərtərəfli, obyektiv araşdırma aparılmasını tələb edir, vəkili açıqlayıb.
Adil İsmayılov əlavə edib ki, Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın istintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur, ancaq o, son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzatərində olub, mütəmadi dərmanlar qəbul edir və səhhəti hər an kritikləşə bilər, vəkil deyib.
Adil İsmayılov qeyd edib ki, Eldar Həsənov az ağır cinayət törətməkdə ittiham edilir və qanun bu növ cinayətlərə görə seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsinə yol verir.
Vəkil deyib ki, müdafiə tərəfi Eldar Həsənovun yaşını və digər faktorları nəzərə alaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin girovla əvəz edilməsi haqda vəsatətlə məhkəməyə müraciət edəcəklər./BBC
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 01-09-2020 22:07
Baxış sayı: 4800Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























