Reklam

Azərbaycanda daha bir vəzifəli şəxsə cinayət işi açıldı - SƏBƏB
06-08-2020 17:09

Koronavirus pandemiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Goranboy rayon prokurorluğundan bildirilib ki, Goranboy rayon prokurorluğuna Naftalan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarovun koronavirus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Nazirlər Kabinetinin Qərarına zidd olaraq xüsusi karantın rejimində sərbəst hərəkət etmələri üçün müxtəlif şəxslərə arayışlar verməsi barədə məlumat daxil olmuşdur.
Araşdırmalarla Asəf Cabbarovun xidməti vəzifə səlahiyyətlərindən istifadə edərək ayrı-ayrı şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmələri və şəhər ərazisində rahat hərəkət edərək iş fəaliyyətləri ilə məşğul olmaları üçün qanunsuz olaraq 100 ədəd arayış tərtib etməklə verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, Asəf Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir.
04 avqust 2020-ci il tarixdə cinayət işinin ibtidai istintaqı tamamlanaraq aiddiyyəti üzrə baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilmişdir.

Dalidag.az

Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar