Reklam
Şəkinin futbol klubu İran millisinin oyunçusu ilə anlaşdı
05-08-2020 17:41

Şəkinin qadınlardan ibarət "Marxal" futbol klubu heyətinə yeni oyunçu cəlb edib.
Dalidag.az-ın məlumatına görə, əyalət təmsilçisi iranlı Səba Səlimi ilə anlaşıb. Bu barədə məlumatı klubun təsisçisi Elgün Hüseynov verib.
22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanacağı bildirilir.
Təbrizdə anadan olan və əslən azərbaycanlı olan 22 yaşlı hücumçu indiyə qədər İranın "Ansar", "Hilal Ahmar" kimi klublarında çıxış edib.
Futbolçunun son klubu isə İraqın "Əl-Qatan" komandası olub. Səlimi bununla yanaşı İranın müxtəlif yaş qruplarından ibarət milli komandalarında da top qovub.
O, 2018-ci ildən sözügedən ölkənin əsas yığmasının şərəfini qoruyur.
Kənan Məmməd
Kateqoriya: Sosium
Tarix: 05-08-2020 17:41
Baxış sayı: 3506Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























