Reklam
Ağstafada hərbçilər üçün bayram süfrəsi - ŞƏKİL
04-08-2020 16:03

Dalidag.az xəbər verir ki, “Sity servis” şirkətinin təşəbbüsü, Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi ilə Ağstafa rayonundakı “N” saylı hərbi hissədə müqəddəs Qurban bayramı münasibətilə keçirilən tədbirdə də bu barədə danışılıb.
Tədbirdə hərbçilərlə yanaşı müharibə veteranları, tanınmış ziyalılar, ictimai fəallar, kulinariya ustaları iştirak ediblər.
Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, “Sity servis” şirkətinin “Mangal Steak House” şəbəkəsinin baş direktoru Namiq Məmmədov və başqaları hərbçiləri bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. Çıxışlarda ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə dərin inam ifadə edilib.

Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan çavuş, Ağstafa rayonunun Göyçəli kəndinin sakini Vüqar Sadıqovun tədbirə dəvət edilmiş oğluna hərbi hissə və “Sity servis” şirkətinin “Mangal Steak House” şəbəkəsi tərəfindən hədiyyələr verilib.
Xeyriyyə tədbirinin təşkili “Azman” holdinq, “Nar & Sharab” və “Zuğulba Saray” tərəfindən də dəstəklənib. Qurban ətindən hazırlanmış xörəklər digər hərbi hissələrə də göndərilib.
Namiq Məmmədov jurnalistlərlə söhbətdə deyib ki, təmsil etdiyi ictimai iaşə şəbəkəsinin kollektivi xalqımızın milli mətbəxinə məxsus təamlarla zəngin olan belə bayram süfrələrini tezliklə işğal azad ediləcək ərazilərdə təşkil etmək arzusundadır.



Kateqoriya: Sosium
Tarix: 04-08-2020 16:03
Baxış sayı: 4511Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























