Reklam
Rayonlara gediş-gəliş belə tənzimlənəcək - DİN
04-08-2020 14:07

Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlara giriş-çıxışa qoyulan qadağa qüvvədə qalır: “Həmçinin, Bakı və Sumqayıt şəhərlərinə də giriş-çıxış əvvəlki qaydada tənzimlənəcək. Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların giriş-çıxışında polis postları əvvəlki qaydada fəaliyyət göstərəcək. Yalnız dövlət qurumlarının və ya özəl müəssisələrin rəhbərliyi tərəfindən verilmiş ezamiyyə vərəqələri əsasında vətəndaşlar rayonlara buraxılacaqlar. Həmin ezamiyyə vərəqələri də ciddi şəkildə araşdırılacaq və kimlərsə bundan sui-istifadə hallarına yol verərlərsə həmin şəxslərin barəsində tədbir görüləcək”.
E.Zahidov onu da əlavə edib ki, bütün bu tədbirlər vətəndaşların sağlığı üçün həyata keçirilir.apa
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-08-2020 14:07
Baxış sayı: 3406Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























