Reklam
Azərbaycanlı alimdən ŞOK XƏBƏRDARLIQ — İyulun 20-dən...
01-07-2020 18:27
Dalidag.az bildirir ki, bunu trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
İyulun 20-dən avqustun 20-dək olan dövrdə quraqlıqların daha çox olacağı ehtimal edilir. Quraqlığın daha çox Aran bölgəsində müşahidə ediləcəyi gözlənilir.M.Həsənov əlavə edib ki, belə quraq illər Azərbaycanda 2010 və ondan əvvəlki illərdə də müşahidə edilib. Azərbaycan əsasən, subtropik qurşaqda yerləşdiyindən burada yay aylarının quraq keçməsi bir neçə ildən - bir müşahidə edilir. Lakin yay aylarında cənub hava kütlələrinin - həm tropik siklonların, həm Şimali Afrikada - Ərəbistan üzərində formalaşan isti hava kütlələrinin Azərbaycan ərazisinə daxil olması yayın quraq və isti keçməsinə səbəb olur.
Direktor müavini bildirib ki, adətən, yay aylarında Azərbaycan ərazisində yağıntının az düşməsi müşahidə edilir. Bu il isə yağıntıların daha da az olacağı gözlənilir. Bununla yanaşı, qlobal iqlim dəyişmələri fonunda Azərbaycanda havanın temperaturunun yüksəlməsi müşahidə edilir ki, bu da bir tərəfdən quraqlıqların daha çox olacağını şərtləndirir:
"Əgər havanın sutkalıq temperaturu normadan 4-5 dərəcə yüksək olursa, isti külək əsirsə, havanın nisbi rütubəti 30 faiz və daha aşağı olursa, onda belə hava şəraiti quraq adlanır. Quraqlıqların yaranmasının əsas səbəbi iqlim amilləri, xüsusilə temperaturun yüksəlməsidir. Azərbaycanda son 30 ildə - təxminən 1990-cı ildən indiyədək havanın orta illik temperaturu çoxillik iqlim normasına nisbətən 0,6,-15, dərəcə yüksəlib".
M.Həsənov qeyd edib ki, Azərbaycanın ən quraq ərazisi olan Kür-Araz ovalığındakı Beyləqan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Ucar, Biləsuvar və s. rayonlar ölkəmizin əsas kənd təsərrüfatı rayonlarıdır.
Alim hesab edir ki, bu rayonlarda quraqlıq müahidə edilərsə və su ehtiyatları azalarsa, bu, kənd təsərrüfatına mənfi təsir göstərəcək: "Yay aylarında bitkilərin vegetasiyasının daha sürətlə getdiyi bir dövrdə quraqlığın olması kənd təsərrüfatına öz mənfi təsirini göstərəcək. Təbii ki, bu təbiət hadisəsi olduğundan ona qarşı qabaqlayıcı effektli tədbirlər görmək mümkün deyil".
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 01-07-2020 18:27
Baxış sayı: 3437Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)



















