Reklam

Sabahdan maska taxmayanlar avtobuslara buraxılmayacaq - RƏSMİ
24-06-2020 22:55

Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər sosial məsuliyyətdən kənar davranaraq avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər.
Bu barədə məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bu cür məsuliyyətsiz davranışlara yol verən sərnişin özü ilə yanaşı, digərlərinin də sağlamlığını riskə atır:
"Bu hal sərnişindaşımaların təşkili baxımından da olduqca təhlükəlidir və sürücülər arasında yoluxma ehtimalını ciddi şəkildə artırır.
Virusa yoluxan bir nəfər sürücü istehsalat bazasında yüzlərlə əməkdaşı yoluxdura bilər ki, bu isə eyni anda bir və ya bir neçə marşrut xəttinin fəaliyyətinin dayanmasını qaçılmaz edir.
Bu cür xoşagəlməz halların yolverilməzliyini və tibbi maskdan istifadənin mütləq olduğunu nəzərə alaraq, marşrut avtobuslarında bəzi qaydaların tətbiqinə qərar verilib. Bildiririk ki, sərnişinlərin maska taxmadan avtobusa minməsi qadağandır.
İyunun 25-dən maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus dayanacaq məntəqəsini tərk etməyəcək. Yalnız sərnişin maska taxdıqdan sonra avtobus hərəkət edəcək.
Artıq avtobuslara maskasız girişin qadağan olduğunu bildirən məlumatlar da yerləşdirilib. Yaxın günlərdə tələbin icrasına dair nəzarət tədbirləri daha da gücləndiriləcək.
Bununla yanaşı, daşıyıcılarla da görüş keçirilib və sürücülərin təlimatlandırılması barədə göstəriş verilib".
Qurum rəsmisi bir daha sərnişinlərə bu məsələlərə anlayışla, sosial məsuliyyət mövqeyindən yanaşmağı tövsiyə edir:
"Xahiş edirik ki, sərnişinlər maskadan istifadə etməyənləri ictimai qınağa çəkməklə onları məsuliyyətli olmağa, tibbi maskadan istifadəyə məcbur etsinlər. Həmçinin, bildiririk ki, yarana biləcək narahatlığa görə məsuliyyət tibbi maskadan istifadə etməyən sərnişinlərin üzərinə düşür".
Dalidag.az



Yazı axını
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
Ən çox oxunanlar