Reklam
Karantin rejimi ilə bağlı AÇIQLAMA: “Bazar günündən sonra....“
24-06-2020 18:34
Yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan edilərək sərt karantin rejimi tətbiq edilib. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejimi elan olundu. Əgər bu həftə ərzində statistika artma dinamikası ilə davam edərsə, bazar günündən iyulun 5-nə kimi ölkə ərazisində fövqəladə vəziyyət elan edilə bilərmi?
Dalidag.az xəbər verir ki, deputat Cavid Osmanov bildirib ki, 2 həftəlik sərt karantin rejimi tədbiq olunub:
"Sərt karantin rejimi yoluxma çox olan rayon və şəhərlərdə elan edilib. Son günlərin statistikası ürəkaçan deyil. Dünən 508 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü. Yenə də sərt karantin rejiminə hələ də riayət etməyənlər, topaq yollarla bölgələrə üz tutanlar var. Bundan əlavə icazələrdən sui-istifadə halları da var. Qaydaları pozan şəxslər anlamırlar ki, onlar bu yolla tək özlərini deyil, digər insanların da həyatını təhlükəyə atırlar. Çox təəssüf ki, vətəndaşlarımızın arasında bu virusa inanmayan, oyun hesab edənlər hələ də var. Onların ucbatından uzun müddətdir, ki, mövcud vəziyyətdən əziyyət çəkən insanlarımız var.
Bundan əlavə həmin insanlar məsuliyyətsiz olaraq polis və həkimlərimizin uzun müddətlik əməyinin üstündən xətt çəkmiş olurlar. Təbii ki, fövqəladə vəziyyət bir çox ölkələrdə tədbiq edilib. Elə inkişaf etmiş ölkələr var ki, yumşalmalardan sonra ikinci dəfə fövqəlada vəziyyət elan etməli olub. Sosial məsuliyyətin dərk etməyən vətəndaşlardan xahiş edirik ki, elə etməsinlər ki, karantin rejim daha da sərtləşsin. Fövqəlada vəziyyət elan edilməsinə gətirib çıxarmasınlar. Səhiyyənin aciz qaldığı İtalya və İspaniyaya baxsınlar. Orada artıq xəstəxanalarda yer olmadığına görə insanlar küçələrdə qalırdı. Vətəndaşlarımız məsuliyyətsiz addımları ilə həmin vəziyyəti Azərbaycanda da təkrarlada bilərlər. Düşünürəm ki, əgər yoluxma çoxalarsa, karantin rejimi daha da sərtləşə bilər".sonxəbər
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 24-06-2020 18:34
Baxış sayı: 3617Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















