Reklam

Stalinin marşalının cümə günündən niyə xoşu gəlmirdi
18-06-2020 18:46

İosif Stalinin dövründə Sovet İttifaqı marşalı rütbəsinə yüksələn Rodion Malinovski çox vacib hərbi əməliyyatlarda iştirak etmişdi. Amma həmişə cümə gününün ona düşərli olmamasına inanmışdı.
Dalidag.az xəbər verir ki, marşal ayrı-ayrı döyüşlərdə üç dəfə məhz həftənin beşinci günü yaralanmışdı. Hələ o vaxt general-leytenant olan Malinovski 1942-ci ilin iyulun 24-də Rostovda almanlarla üz-üzə gəlmək istəməmişdi. Çox sadə səbəb görə. Həmin gün həftənin beşinci gününə düşürdü. Amma Stalini yola gətirmək mümkün olmamışdı. Malinovskinin rəhbərlik etdiyi hərbi qüvvə o gün almanlara uduzmuşdu. General-leytenant qoşunu xilas etmək üçün geri çəkilmək əmri vermişdi. Beləcə, mühasirəyə düşməkdən yaxa qurtarmışdı. Lakin Stalinin də qəzəbinə tuş gəlmişdi. SSRİ rəhbəri məhz bu əməliyyatdan sonra “Geriyə addım atmaq olmaz!” adlandırılan 227-ci əmri imza atmışdı.
Malinovski bir müddət daha aşağı missiyaları yerinə yetirməli olmuşdu. Amma Birinci Dünya Müharibəsində şücaət göstərmiş rütbəli zabiti belə ağır müharibədən kənarda qoymaq olmazdı. Malinovskiyə ikinci şans verilmişdi və o, özünü doğrultmağı bacarmışdı.
Marşal ağıllı adam sayılırdı. Şahmatla maraqlanır, fransız və ispan dillərində çox yaxşı danışırdı. Bircə cümə günü sindromu ona heç cür rahatlıq vermirdi. Taleyin ironiyasına bax, Malinovski 1967-ci il martın 31-də gözünü əbədi yumanda təqvimdə həftənin beşinci gününü göstərirdi.
2003-cü ildə “Krasnaya Zvezda” qəzeti marşalın həyat yoldaşı Raisanın bir ifadəsini dərc etmişdi. Qadın dünyadan köçən həyat yoldaşına müraciətlə stolüstü təqvimdə yazıbmış: “Lənətə gəlmiş cümə. Sən onu sevmirdin, o da səni apardı...”
Raisa Yakovlevna vəfat edəndə də cümə günü idi.../bizimyol.info
Dalidag.az



Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar