Reklam
“Koronavirus daha aqressiv formalara mutasiya edə bilər”- Rusiyalı akademik
16-06-2020 19:07
Koronavirusun mutasiyası zamanı dəyişikliklər nəticəsində onun daha aqressiv formaları meydana çıxa bilər.Dalidag.az AMEA-nın saytına istinadən xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin İmmunologiya və Molekulyar Biotibb Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Mixail Paltsev məlumat verib.
Onun sözlərinə görə, mutasiya iki səbəbdən baş verir. Birinci səbəb kollektiv immunitetin yaranması və virusun buna uyğunlaşmağa başlamasıdır. İkinci səbəb isə isti hava şəraitidir. Yayda, bir qayda olaraq, insanlarda immunitet yüksəlir və hava-damcı infeksiyalarına yoluxma azalır. Bu halda mutasiya virusun RNK-sında deyil, onun zülal reseptorunda baş verir. Bu isə, hazırlanmaqda olan vaksinlərin effektivliyini şübhə altına alır.
M.Paltsev, həmçinin qeyd edib ki, koronavirusun ikinci dalğası gözlənilir. Bunun səbəbi istənilən epidemiyanın, xüsusilə pandemiyanın, bir ildən üç ilə qədər davam etməsidir.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 16-06-2020 19:07
Baxış sayı: 3513Yazı axını
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
08 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
Ən çox oxunanlar





























