Reklam
Ermənilərin yeni “dövlət”i: İrəvanın Tiflisə qəsd planı...
13-06-2020 12:12
Dalidag.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi sosial şəbəkələrin gürcü seqmentində Abxaziyada yaşayan ermənilərin bu regionda öz muxtariyyətini yaratmaq istəklərini şərh edərkən deyib.
İ.Tanrıverdi vurğulayıb ki, ermənilərin Abxaziyada muxtariyyət tələb etmələrinin bir sıra pərdəarxası məqamları var:
“Məsələ ondadır ki, Abxaziyada muxtariyyət almaq gələcəkdə bütövlükdə ölkəni ələ keçirmək üçün ilkin mərhələdir. Hazırda ermənilərin Abxaziyada fəallaşması, hətta muxtariyyət istəməsi birbaşa Samtsxe-Cavaxetiya regionu ətrafında da analoji iddialardan qaynaqlanır. Bildiyiniz kimi, ermənilər son illərdə bu ərazinin də guya “tarixi erməni torpağı” olduğunu iddia etməyə başlayıblar. Hətta qəribə bir faktı da diqqətinizə çatdırım ki, Samtsxe-Cavaxetiyadakı ermənilər Ermənistanın Dağlıq Qarabağa etdiyi yardımı onlara etməmələri səbəbindən rəsmi İrəvana şikayət ünvanlayıblar. Məhz bundan sonra ermənilərlə Gürcüstan rəsmiləri arasında narazılıq yaranmağa başladı. Ermənistanın bu gün Gürcüstan üzərində apardığı siyasət faktiki olaraq “parçala və işğal et”dir. Bunun üçün əsaslı sübutlar mövcuddur. Ermənilərin Abxaziyada muxtariyyət əldə etməsi, hətta buranı “Abxaz Ermənistanı” adlandırması bu çirkin siyasətin başlıca dəlilidir. Lakin reallıq ondadır ki, ermənilər Abxaziyada muxtariyyət əldə edərək, Gürcüstan rəhbərliyinin diqqətini Samtsxe-Cavaxetiyadan yayındırmaq istəyirlər. Bu yolla ərazidəki yerli erməniləri təşkilatlandırmağa çalışırlar”.
İ.Tanrıverdinin sözlərinə görə, istər Abxaziya, istərsə də Samtsxe-Cavaxetiyada ermənilərlə bağlı istənilən proses birbaşa İrəvandan izlənilir və maliyyələşdirilir:
“Hazırda Abxaziyada 60 minə qədər erməni yaşayır. Onlar orada bütün əhəmiyyətli yerləri nəzarətə götürə biliblər. Hazırda Abxaziyada “yeni erməni dövləti” qurmaq, erməniləri birləşdirmək üçün qruplar yaradılır. Bu qruplaşmaların ən tanınmışı isə törətdikləri vəhşiliklərlə faşistləri belə geridə qoyan Baqratyan silahlı dəstələridir. Abxaziya müharibəsi zamanı və 2008-ci ildə rus-gürcü müharibəsində bu qruplaşma da aktiv əməliyyatlarda iştirak edib. Hətta gürcü bir qadın bu dəstənin insanları xüsusi amansızlıqla öldürdüyünü jurnalistlərə müsahibəsində deyib”.
Alim bildirib ki, Ermənistanın məqsədi Gürcüstanı zəiflədib, təsirsiz hala gətirməkdir:
“Onu da qeyd edim ki, Keşikçidağ hadisələrinin pərdəarxasında da məhz erməni kilsəsi dayanırdı. Erməni əsilli gürcü keşişlərin insanları manipulyasiya edib, sərhədə getməyə sövq etməsi birbaşa erməni kilsəsinin təlimatı ilə baş vermişdi”.
Qeyd edək ki, sosial şəbəkələrin gürcü seqmentində “Abxaziya Ermənistanı” adlı qondarma qurumun artıq “bayrağı”, “gerbi” də yayılmaqdadır.
Gürcüstan dövlətinin olaya rəsmi açıqlaması hələlik yoxdur.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 13-06-2020 12:12
Baxış sayı: 4732Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)



















