Reklam
Səfirlərin ailə üzvləri köçkünlər qəsəbəsində - ŞƏKİLLƏR
11-06-2020 14:33
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, tanınmış rəssam Günay Zebicin koordinatorluğu ilə Bakının Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksində, “Xarı bülbül” Təlim və İstehsalat Birliyində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş “Biz birlikdə güclüyük! / We Are Stronger Together!” adlı tədbir keçirilib. Dalidag.az- ın məlumatına görə, tədbirdə, BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Allesandro Frakasettinin xanımı Jasmin Frakasetti və oğlu Zachary Frakasetti, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic, xanımı Günay Zebic və uşaqları Karolina və Josip Zebic iştirak edib. Bundan başqa, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavnanın xanımı və qızı Regina Lavkimi Bavitlung, Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının rəhbərliyi tədbirə online formada qoşulub.
Tədbir çərçivəsində Günay Zebicin “Biz birlikdə qalib gələcəyik!” adlı əsərinin təqdimatı olub. Müəllif əsəri müxtəlif milli mənsubiyyəti olan Bakı məktəblilərinin COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikirləri əsasında yaradıb. Rəssam karantin rejiminin tətbiq edildiyi dövrdə uşaqlarla virtual canlı bağlantı quraraq, onlarla pandemiyanın dünyaya mənfi təsiri, xəstəliklə mübarizədə fədakarlıq göstərən insanlar, infeksiyadan qorunmağın vacibliyi barədə söhbətlər aparıb. Söhbətlərdə məcburi köçkün ailələrdən olan yeniyetmələr də iştirak ediblər.
Təqdimat mərasimində Azərbaycan Milli Konservatoriyasının tərkibindəki Respublika İncəsənət Gimnaziyasının “Teatr” şöbəsinin əsasən məcburi köçkünlərdən ibarət müəllimləri və şagirdləri tərəfindən hazırlanmış “Xarı bülbül” tamaşasının da nümayişi olub. Bundan başqa, İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycan, ingilis və xorvat dillərində şeirlər ifa ediblər.
Tədbirin sonunda məktəblilərə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
“Qobu Park-3” yaşayış kompleksi 28 may 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb. Kompleksdə fəaliyyətə başlayan “Xarı bülbül” Təlim və İstehsalat Birliyi məcburi köçkünlərin məşğulluğunun artırılması, sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə yaradılıb. Burada xalça, kəlağayı və zərgərlik məmulatları istehsal edilir. Qaradağ rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlərin işə cəlb edildiyi müəssisəsinin nəzdində, həmçinin uşaqlar üçün xalça və rəsm dərnəkləri, xarici dil kursları təşkil ediləcək.
Dalidag.az









Kateqoriya: Sosium
Tarix: 11-06-2020 14:33
Baxış sayı: 3568Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















