Reklam

Həftəsonu qadağasına ehtiyac varmı? - Açıqlama/Video
09-06-2020 18:20

Dalidag.az xəbər verir ki, bunu axar.az-a koronavirusa yoluxmanın qarşısını almaq üçün həftə sonları sərt karantin rejiminin davam etdirilməsinə ehtiyac olub-olmamasına münasibət bildirən professor Adil Qeybulla deyib. O bildirib ki, bu qərar qaydaların kütləvi şəkildə pozulmasına səbəb ola bilər:
“İnsanlar hazırkı şəraitdə daha çox davranışlarına diqqət etməlidir. Karantin tədbirlərinin sərtləşdirilməsi real effekt verməyəcək. Çünki artıq yay fəslidir, insanları evdə otuzdurmaq çox çətin olacaq. Belə qərarlar kütləvi qayda pozuntularına səbəb olacaq. Bu səbəbdən hesab edirəm ki, karantin tədbirlərini sərtləşdirməyə ehtiyac yoxdur. Əksinə, qadağalar yumşaldılmalıdır”.
A.Qeybulla onu da bildirib ki, əhali arasında ciddi maarifləndirici işlər aparılmalıdır:
“Fəaliyyətinə icazə verilən ticarət mərkəzləri, iaşə və s. obyektlərin iş qaydası müəyyən edilməlidir. Hər bir obyektin girişində, ictimai nəqliyyatda dezinfeksiyaedici məhlul qoyulmalı, maskadan istifadə edilməli və sosial məsafə saxlanılmalıdır. Təəssüf ki, maarifləndirici tədbirlər yüksək səviyyədə aparılmadan karantin yumşaldıldı. İnsanların bir çoxu onsuz da bu virusa inanmırdı. İndi həftə sonları karantin tədbirlərini sərtləşdirmək ciddi effekt verməyəcək. Hesab edirəm ki, maarifləndirmə işləri gücləndirilməlidir. İnsanları virusun mövcudluğuna inandırmaq lazımdır. Bu iş elə də asan deyil. Cəmiyyətdə nüfuzu olan şəxslərin potensialından istifadə edilməlidir. Televiziyalarımızdakı mənasız şou-verilişlərdən, həkim reklamlarındansa, maarifləndirmə işlərinə səfərbər olmalıyıq. Bundan başqa yaxşı olardı ki, ictimai nəqliyyatda maska istifadəsinə nəzarət gücləndirilsin. Maskasız vətəndaşlara avtobuslarda pulsuz maska təklif edilməlidir. Bu məsələdə həm dövlətin, həm vətəndaşın köməyi lazımdır ki, bəladan can qurtara bilək”.
Dalidag.az



Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar