Reklam
Yenidən məhdudlaşma olacaq: Təcili brifinq...
03-06-2020 19:40
Son günlər ölkə ərazisində koronavirusun yayılmasında yoluxmanın dərəcəsinin artması müşahidə olunur. Yoluxma və sağalma arasında uyğunsuz fərq getdikcə artmaqdadır.Dalidag.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.
"Əsas səbəb vətəndaşların karantin rejiminin qaydalarına əməl etməmələridir. Koronavirusinfo.az saytına karantin rejimin pozulması ilə bağlı xeyli müraciət var.
Bu səbəbdən karantin rejiminin yumuşaldılması dayandırılır və yenidən sərtləşmə qaydaları müzakirə olunur", - o deyib.
İ.Məmmədov bildirib ki, TƏBİB vəziyyətlə bağlı Operativ Qərargaha müraciət edib:
"Sərtləşdirmə ilə bağlı məsələ müzakirə olunub. Cümə günündən hərəkətin məhdudlaşdırılması ola bilər. Küçəyə çıxma qadağası tətbiq olunacaq, hərəkətin tam məhdudlaşdırılması rejiminin yaradılması planlaşdırılır".
İbrahim Məmmədov bildirib ki, sabah Operativ Qərargahın rəhbəri Əli Əsədov bununla bağlı ətraflı məlumat verəcək.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 03-06-2020 19:40
Baxış sayı: 4411Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























