Reklam
İrəvan ləngidir, ABŞ və Rusiya təzyiq edir - Surenyants
29-04-2023 10:30
Dalidag.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants deyib.
O bildirib ki, həm Moskva, həm də Vaşinqton tərəfindən Ermənistana güclü təzyiq var:
“Erməni tərəfinin danışıqları ləngitməsinin səbəblərini açıqlamayacağıq. Niyə belə etdiyi aydındır. Çünki istənilən halda, hansı ölkənin moderator kimi çıxış etməsindən asılı olmayaraq, qərar Ermənistanın xeyrinə olmayacaq. Brüssel meydanının həyat qabiliyyətini itirməsi fonunda Vaşinqton-Moskva rəqabəti açıq-aydındır. Rusiya üçtərəfli görüşü (XİN rəhbərləri) artıq elan edib və ləğv edəcək tərəf üçün ciddi problemlər yarana bilər”.
Surenyants Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçın dəhlizinə Fransa missiyasının göndərilməsi ilə bağlı aparılan danışıqlarla bağlı açıqlamasına da münasibət bildirib:
“Qriqoryan hələ də uşaq nağıllarına inanır. Əgər Azərbaycan Rusiya sülhməramlılarının regionda təsirini azaltmağa səy göstərirsə, o zaman Laçında beynəlxalq missiyaya razı olarmı? Əlbəttə, yox! Bu məsələ ATƏT, yaxud BMT-də müzakirə oluna bilər. Azərbaycan ATƏT-də birmənalı olaraq veto hüququndan istifadə edir və BMT Təhlükəsizlik Şurasında isə Rusiya bu hüquqdan istifadə edəcək. Görünür, Qriqoryan tam anlamadığı şeylərdən danışır və onun sözləri çox ciddi qəbul etməməlidir”.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 29-04-2023 10:30
Baxış sayı: 3269Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























