Reklam
Laçın yolunda son durum: Volkovun səyi nəticə vermədi - “Bakı geri çəkilməyəcək”
26-04-2023 12:44
Dalidag.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
“Dünən Rusiya sülhməramlılarının komandiri Andrey Volkov Həkəri körpüsündə sərhəd-buraxılış məntəqəsinin (Azərbaycanın) açılması ilə bağlı danışıqlar aparıb. Tezliklə Qarabağı tərk edəcəyinə baxmayaraq, həm Azərbaycan nümayəndələri, həm də ermənilərlə ayrı-ayrılıqda danışıb. Amma üçüncü gündür, heç bir nəticə yoxdur. Əksinə, Azərbaycan dünən Laçın yolunun başlanğıcındakı keçid məntəqəsində lövhə qoyub: “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz”, - məlumatda deyilir.
Erməni nəşri qeyd edir ki, Azərbaycan hərbçiləri bazar günü Laçın yolunda Rusiya sülhməramlılarının yerləşdiyi hissədə keçid məntəqəsi qoyub:
Qarabağ erməniləri əmindirlər ki, azərbaycanlılar keçid məntəqəsindəm imtina etməyəcəklər. Ruslar isə bu durumda çalışırlar ki, keçid məntəqəsində onlar da dayansınlar. Rəsmi Bakı Laçında keçid məntəqəsinin qurulmasının qanuni və beynəlxalq hüquq normalarına uyğun olduğunu, Ermənistanın Praqa və Soçidə isə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını açıqlayıb”.teleqraf.com
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 26-04-2023 12:44
Baxış sayı: 3219Yazı axını
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
Ən çox oxunanlar




























