Reklam
Hərbçilərimiz Xankəndi-Xəlfəli-Turşsu yolunda bayrağımızı dalğalandırdılar - VİDEO
01-04-2023 10:41

Azərbaycan hərbçiləri Xankəndi-Xəlfəli-Turşsu yolunda Azərbaycan bayrağını dalğalandırıblar.
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni tikinti və təkmilləşdirmə işləri intensivləşmişdi.
Bu yollardan həmçinin qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinin təminat və təchizatını həyata keçirmək üçün istifadə olunurdu.
Həmin ərazilər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi məsuliyyət zonasında idi.Martın 25-də Müdafiə Nazirliyi məlumat yaydı ki, Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.Nazirliyin martın 30-da yaydığı məlumatda da yeni yüksəkliklərin nəzarətə götürüldüyü bildirilib.
Belə ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.publika.az
Dalidag.az
Hərbçilərimiz Xankəndi-Xəlfəli-Turşsu yolunda bayrağımızı dalğalandırdılar]
Kateqoriya: Qarabağ
Tarix: 01-04-2023 10:41
Baxış sayı: 4225Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























