Reklam
Paşinyan “imkan olan kimi qaçın” mesajı verdi
27-01-2023 12:12
Paşinyan Laçın yolundakı aksiya ilə bağlı yeni iddia irəli sürüb. Bildirib ki, “Bakının növbəti planı” ilə bağlı onlarda informasiya var: “Bu plan Qarabağda iqtisadi və psixoloji vəziyyəti kuliminasiya nöqtəsinə çatdırmaq, sonra bir neçə günlüyə yolu açmaq və ermənilərin bölgədən çıxmasına şərait yaratmaqdan ibarətdir. Sonra yolu yenidən bağlayacaqlar, bir müddət sonra ermənilərin Qarabağdan köçməsi üçün növbəti dəfə qısa müddətli açacaqlar”.
Erməni baş nazir bunu Bakını ittiham etmək və beynəlxalq diqqəti bölgəyə çəkmək üçün deyir. Hərçənd, burada səslənən iddianın əks-effekt perspektivi də görünür: Nikolun bu sözlərindən sonra indiyə qədər İrəvanı qarant kimi görən Qarabağdakı ermənilər arasında bölgəni tərk etmək istəkləri arta bilər; aksiyanın başlanmasından sonra “yol açılan kimi çıxmaq” meyilləri artıb, Paşinyanın sözlərindən də ermənilər üçün belə bir nəticə çıxır ki, yol açılsa belə, hər an yenidən bağlana bilər; bu baxımdan, köçmək istəyənlər yolun ilk açılacağı vaxtda bölgəni tərk etməyə çalışacaqlar.
Bu kontekstdə Paşinyanın “Bakının planı” dediyi iddiası ermənilərə “imkan yaranan kimi qaçın” mesajı kimi də səslənir.
Asif Nərimanlı
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 27-01-2023 12:12
Baxış sayı: 3223Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20





























