Azərbaycanla sərhəddə agentura şəbəkəsi: Ermənistan Rusiyaya meydan oxuyur
24-01-2023 12:10
Avropa İttifaqı Xarici Əlaqələr Şurası (XƏŞ) Ermənistan-Azərbaycan sərhədinə göndərəcəyi müşahidəçilərin sayında daha bir yenilik edərək, onların regionda qalma müddətini 2 ilədək uzadıb. Bu qərar Paşinyan administrasiyasının təşəbbüsü ilə həyata keçəcək və mahiyyətcə Qərb xüsusi xidmət orqanları üçün Ermənistana qapı açır. Rusiya-Ermənistan münasibətlərinin hazırkı gərginliyi fonunda Kremlin növbəti dəfə qıcıqlanacağı şəksizdir.Dalidag.az xəbər verir ki, yenisabah.az-la söhbətində politoloq Fuad Abbasov da eyni rəyi bölüşərək Rusiya-Ermənistan əlaqələrinin 2018-ci ildən pozulduğunu bildirib.
Onun fikrincə, Ermənistan Soros Fondu və Fransanın dövlətinin maraq dairəsinə daxil olduqdan sonra İrəvanın Rusiyanın təsir altından çıxma cəhdləri Moskvanın əsəblərini tarıma çəkir:
“Bu da növbəti qıcıqlandırıcı bir amil olacaq, çünki Fransa və digər Avropa ölkələrinin xüsusi xidmət orqanları əməkdaşları müşahidəçi simasındakı Ermənistana yerləşdirilir. Bundan əvvəl də Rusiya dəfələrlə Ermənistana qarşı ittihamlar səsləndirib. O cümlədən ABŞ-ın bioloji laboratoriyaları, bioloji silahlar, hətta ABŞ səfirliyində işləyən 1.500-dən çox səfirlik əməkdaşının CIA casusu olması yönündə ittihamlar səslənib. Amma Ermənistan hakimiyyəti buna məhəl qoymayıb, bölgəyə Qərbin və ABŞ-ın xüsusi xidmət orqanları əməkdaşlarını yerləşdirməyə davam edir. Mənə elə gəlir ki, bu, Ermənistanla Rusiya arasında ziddiyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq”.
Aİ XƏŞ-in məlum məsələdə Azərbaycanın rəyinin öyrənilməməsinə toxunan siyasi analitik əlavə edib:
“Rəsmi Bakı, əlbəttə, Ermənistan daxilində olan hər hansı bir fəaliyyətə qarışa bilməz, çünki bu, beynəlxalq hüquqa ziddir. Lakin müşahidəçilərin, yaxud müşahidəçi qiyafəsinə bürünmüş kəşfiyyatçıların rəsmi şəkildə mövcud olmayan, eləcə də delimitasiya və demarkasiya edilməmiş Azərbaycan-Ermənistan sərhədinə gətirilməsi birbaşa olaraq suverenliyimizə təhdiddir”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 24-01-2023 12:10
Baxış sayı: 4222Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















