Reklam
Xankəndidən İrəvana iki gizli yol varmış
15-01-2023 14:50
Xankəndidən Laçın istiqamətinə əsas yoldan əlavə, daha 2 yol çıxır.
Dalidag.az xəbər verir ki, bunu Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimov Hafta.az-a açıqlamasında deyib.
Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olan Azay Kərimov bu səbəbdən həmin gizli yollara bələd olduğunu bildirib:
“Biri ilə Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at, araba yolu idi. Digər asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yolu isə Xankəndidən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şirlan kəndindən çıxan kimi isə yol ayrıcı var. Biri sağa - Laçının Arduşlu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə - asfalt yola çıxmaq mümkündür. Bu marşrut isə heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir”.
A.Kərimovun dediyinə görə, Şuşa-Laçın-Gorus yoluna birləşdiyi həmin ərazi hazırda ekoloji etirazçıların dayandıqları yerdən 60 km arxadadır:
“Adlarını çəkdiyim kəndlərin hamısı Azərbaycan kəndləridir və oralarda hələlik heç kim yaşamır. Və həmin ərazidən keçən yollara nə Azərbaycan ordusu, nə də sülhməramlılar ciddi nəzarət edə bilir. Rus hərbçilər görsələr də, buna göz yummaları mümkündür”.
A.Kərimovun iddiasına görə, separatçıların rəhbərləri aksiyaçılarımızın görə bilmədiyi arxa ərazidən keçərək Xankəndidən İrəvana və əksinə, bu yolla gedib-gəlirlər:
“Bu yolla uzun ölçülü TIR tipli maşınlar hərəkət edə bilməsə də, KaMAZ, “Ural”, ZİL maşınlar üçün daha uyğundur. UAZ və CİP, “Niva” tipli maşınlar isə yetərincə surətlə hərəkət edə bilərlər. Və əlbəttə, ciddi ehtiyac olanda həmin yolla Xankəndiyə silah-sursat da, canlı qüvvə də, yaxud mitinqdə iştirak etmək üçün Vardanyanın sponsorluğuyla Ermənistandan bir neçə günə minlərlə erməni də daşıya bilərlər”.
Dalidag.az

Kateqoriya: Qarabağ
Tarix: 15-01-2023 14:50
Baxış sayı: 4178
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23