Reklam
Vardanyan Qarabağda növbəti “seçki” şousuna hazırlaşır
14-01-2023 16:13
Qaçaq milyarder Ruben Vardanyan və himayədarları Qarabağda, Azərbaycan ərazisində növbəti "seçki" şousuna hazırlaşır və bununla da faktiki olaraq növbəti müharibəni qızışdırırlar. Görünür, onlar yenidən Azərbaycanın dəmir yumruğunu hiss etmək istəyirlər. Aydın məsələdir ki, Qarabağda "seçkilər" adlanan bütün bu sirk Rubik və onun kuklalarının böyük oyununun bir hissəsidir. Bu şounun "qalibi" təbii ki, Vardanyan və onun partiyası olacaq, o, uzun müddətdir ki, buna hazırlaşır, "qələbəyə" yol açır.
Dalidag.az bildirir ki, Rubik Qarabağ separatçılarının qondarma "Təhlükəsizlik Şurasının katibi" Vitali Balasanyanı, daha bir neçə qondarma "nazir"i "vəzifə"dən uzaqlaşdırıb və "təmizləməni" davam etdirir. Faktiki olaraq, Vardanyan separatçıların lideri Arayik Harutunyanı "hakimiyyət"dən uzaqlaşdırır və onun kreslosunda oturmağı planlaşdırır. Ancaq bu da filmin sonu deyil, Rubikin dəstəkçiləri yeni sevimliləri üçün daha "böyük" planları var. Ssenariyə görə, Vardanyan sonda Ermənistanda taxtda oturmalıdır.
Olduqca tanış sujetdir. Vaxtilə Serj Sarkisyan və Robert Köçəryan da Qarabağdakı separatçıların liderləri olub, sonra Ermənistana keçiblər. "Qarabağ klanı" olan Sarkisyan-Köçəryanın süqutundan sonra bu köhnə oyuncaqlar artıq heç kimə lazım deyil və sahiblərinin bütün ümidi indi Ermənistanı nəzarətə qaytarmaq üçün yeni kukladadır.
Amma "hər yeni şey yaxşı unudulmuş köhnədir" prinsipi ilə on illik plandan istifadə etmək istəyən sifarişçilər iki məqamı nəzərə almır: birincisi, heç nə unudulmayıb, ikincisi, Azərbaycanda və ümumilikdə Cənubi Qafqazda tamam başqa reallıqlar mövcuddur. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük müharibədə qələbə qazandıqdan sonra Azərbaycan regionda hər kəsin, o cümlədən Vardanyan və onun ağalarının hesablaşmalı olduğu yeni geosiyasi reallıq yaratdı. Xüsusən də heç kim unutmasın ki, Azərbaycanın dəmir yumruğu yerindədir.
Hələ 2021-ci il noyabrın 8-də, Qələbə Gününün birinci ildönümündə Şuşada hərbi qulluqçular qarşısında çıxış edən Prezident İlham Əliyev demişdi ki, Ermənistanda kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək
Göründüyü kimi, erməni separatçıları və onların xarici ağaları hələ də yeni reallıqları dərk edə bilmir, keçmişdə yaşayırlar. İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistanın "məğlubedilməz ordu" ilə bağlı illüziyalarını məhv etdi. Görünür, bundan ibrət götürməyiblər və indi regionu yeni müharibəyə aparırlar. Amma müharibə baş verərsə, Azərbaycanın dəmir yumruğu onları acı reallığa düçar edəcək.trend
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-01-2023 16:13
Baxış sayı: 3149
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23