Reklam
“Qarabağda bu dəfə müharibə 5, uzağı 7 gün çəkəcək” - Polkovnikdən sensasion açıqlamalar
14-01-2023 12:29
Dalidag.az-ın xəbərinə görə, yenisabah.az-la söhbətində tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib ki, ölkə rəhbərindən qeyrisi bu əməliyyatların başlama tarixini deyə bilməz:
“Mən bizim politoloqlara məsləhət görərdim ki, hər hansı bir proqnoz verəndə ehtiyatlı davransınlar. Çünki ölkə rəhbərindən başqa heç kim o qərarı verə bilməz. Elə bu dəqiqələrdə də elə bir fors-major hadisə yarana bilər ki, ölkə başçısı qərar versin ki, antiterror əməliyyatı başlansın”.
Onun sözlərinə görə, reallığa nəzər yetirəndə demək olar ki, antiterror əməliyyatları separatçıların və Ermənistan hakimiyyətinin davranışlarına əsasən, qaçılmazdır:
“Yəqin ki, “Qisas” əməliyyatının bu dəfə ikinci hissəsi keçiriləcək və bu, sona çatacaq. Amma bunun nə vaxt olacağını heç kim deyə bilməz. Hər şey vəziyyətə və şəraitə uyğun olaraq baş verəcək”.
Polkovnikin qənaətinə görə, baş verənlər ondan ibarətdir ki, Ruben Vardanyan, o cümlədən Moskvanın görünən və görünməyən bəzi yaramaz siyasətçiləri ikibaşlı və çoxbaşlı oyunlar oynayırlar. Bununla yanaşı hərbi ekspert iddia edib ki, antiterror əməliyyatı keçirmək üçün bizə maksimum 1 həftə vaxt lazım olacaq:
“Xankəndi də daxil olmaqla, Xocavənd, Xocalı, Əsgəran, Ağdərə, Şuşanın yerdə qalan kəndləri və digər yaşayış məntəqələrini təmizləmək üçün “Komando” birliklərinə 7 gün kifayət edər. Ola bilsin ki, bu, 5 gün olsun, amma 1 həftədən çox çəkəcəyinə inanmıram. Heç buna çoxlu güc sərf etməyə də dəyməz”.
Müsahibimiz narahatlığını da dilə gətirib:
“Məni narahat edən başqa bir məsələdir: son vaxtlar Rusiya sülhməramlılarına məxsus avtomobil karvanlarının durmadan Xankəndiyə yüklər daşıması və o yüklər barəsində heç bir məlumatımızın olmaması. 34 gündür guya bunlar mühasirə vəziyyətindədirlər, amma görünən odur ki, həmişəki kimi öz həyatlarını sürdürürlər. Mənim narahatlığım ondan ibarətdir ki, həmişə pula satılmış rus generalları, indiki halda isə Andrey Volkov Vardanyanın milyardları hesabına öz əsgərlərinə göstəriş verir və beləliklə də, oraya qeyri-qanuni yüklər daşınır”.
“Ötən həftələrdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə haqqında fikir səsləndirdi. Ondan əvvəl DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlınski də belə bir fikir səsləndirdi ki, Laçın yolundan Xankəndiyə silah-sursat daşınır. Bütün bu məlumatlar olduğu halda biz məsələnin uzanmasına imkan verməməliyik. Çünki bu məsələ uzanacağı təqdirdə biz əsgərlərimizi və zabitlərimizi toqquşma zamanı itirə bilərik. Ona görə də məsələni sərt qoymalıyıq”, - deyə müsahibimiz Laçın yolundan separatçılara daşınan qanunsuz silah-susrsatlardan söz açarkən bildirib.
Hərbi analitik hesab edir ki, Rusiya bu məsələnin həllində yox, əksinə, dondurulmasında və uzanmasında maraqlıdır:
“Hazırda başı Ukraynadakı müharibəyə qarışan Rusiya faktiki olaraq, Azərbaycana da müəyyən təzyiqlər göstərir. Azərbaycanı BMT Təhlükəsizlik Şurasının hədəfinə gətirir, müzakirə edirlər, Azərbaycanı qınayırlar. Amma bunu deməkdə məqsədim odur ki, biz bu məsələni uzun müddət uzada bilmərik”.
Mütəxəssis aydınlaşdırıb ki, Ruben Vardanyan cinayətkardır:
“Bunu Prezident İlham Əliyev də, xarici işlər naziri Ceyhun Bayramov da deyib. Güc strukturları o adamı zərərsizləşdirməlidir. İndi bu hansı yolla olacaqsa, bunu artıq kəşfiyyat və xüsusi xidmət orqanları bilirlər. Lakin nə qədər ki Ruben Vardanyan, Araik Arutyunyan və digər separatçılar zərərsizləşdirilməyiblər, onlar yenə də orada suyu bulandırmağa davam edəcəklər və bizim də problemlərimiz uzana-uzana gedəcək. Biz məsələni 2025-ci ilə qədər uzatmamalıyıq. Nə qədər tez bu məsələ həllini tapsa, bir o qədər region üçün sülh və əmin-amanlıq yarana bilər”.
Ü.Cəfərov Ermənistanın Baş naziri Nikol Paşinyanın Soçi görüşündən əvvəl səsləndirdiyi absurd fikirlərə də toxunub:
“Yadınızdadırsa, Ermənistanın Baş naziri Nikol Paşinyan deyirdi ki, biz Rusiyanın təklifləri əsasında sülh müqaviləsinin imzalanmasına hazırıq. Rusiya isə deyir ki, münaqişə dondurulsun və illər sonra bu məsələyə qayıdılsın. Niyə? Ruben Vardanyan isə söyləyir ki, Rusiya sülhməramlıları orada daimi əsaslarla qalsın. Bu da aydın məsələdir ki, onun ağzından çıxanlar Moskvanın arzu və istəkləridir. Həmçinin, Soçi görüşündən əvvəl Baş nazir Paşinyan belə bir fikir işlətdi ki, erməni tərəfi Rusiya sülhməramlılarının 15-20 il Qarabağda qalmasını istəyər. Görün, hansı oyunlar gedir. Ona görə də antiterror əməliyyatı qaçılmazdır və nə qədər tez olsa, bir o qədər yaxşıdır.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 14-01-2023 12:29
Baxış sayı: 4155
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23