Reklam
Azərbaycan tankları İrəvana gəlir... - Xaçikyan
13-01-2023 12:13

Azərbaycan tankları İrəvana nə vaxt gəlir? İndi biz bu haqda düşünməliyik, çünki Ermənistanda hakimiyyətdə əyləşənlərin bütün addımları buna doğru gedir.
Dalidag.az publika.az-a istinadən xəbər verir ki, bu isterik açıqlama ilə Stenford Universitetinin politologiya üzrə doktoru Artur Xaçikyan deyib.
Onun iddiasına görə, Paşinyanın hədəfi Qarabağı Azərbaycan ərazisi kimi tanımaq, Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaq və Türkiyəyə sığınmaqdır.
A.Xaçikyan Paşinyanın son mətbuat konfransında səsləndirdiyi fikirləri də şərh edib. O bildirib ki, Paşinyan Qarabağda ermənlərin təhlükəsizliyinin qarantının Rusiya olduğunu desə də, hazırda Moskva özü çətin vəziyyətdədir:
“Rusiya Ukraynada 5 ölkə ilə döyüşür, digər tərəfdən, azərbaycanlı ekoloqları Laçın yolundan zorla çıxara bilməz. Çünki bunu etsələr, Rusiya sülhməramlıları artıq tərəfə çevriləcək və Bakı dərhal onların çıxarılması məsələsini gündəmə gətirəcək. Bütün bunlarla yanaşı, Ermənistan Qarabağdan imtina edirsə, Rusiya niyə bizim üçün döyüşməlidir?! Lavrov bir neçə dəfə açıq şəkildə bildirdi ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etsəniz, biz sizin üçün döyüşməyəcəyik, sizin yerinizə Azərbaycanla müharibə etməyəcəyik. Rusiya xüsusilə indi bunu edə bilməz, çünki çətin vəziyyətdədir. Ermənistan çalışır ki, Rusiya Qafqazı tərk etsin, Paşinyanın açıqlamaları da bunu sübut edir. O zaman biz Azərbaycan tanklarının İrəvana gəlişini gözləməliyik".
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 13-01-2023 12:13
Baxış sayı: 4262Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























