Reklam
İrəvan təşvişdə: Moskvadan imtina baha başa gəlir…
27-12-2022 11:12

23 dekabra Moskvada nəzərdə tutulan Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşündən İrəvanın imtinası ətrafında qalmaqal davam edir.
Dalidag.az xəbər verir ki, Rusiyanın bu məsələyə kəskin reaksiyası, xüsusilə XİN rəhbəri Sergey Lavrovun mətbuat konfransında Ermənistana ünvanlanan sərt ritorikası İrəvanda ciddi narahatlıq yaradıb.
Rəsmi İrəvan Moskvadan imtinanın səbəb olacağı fəsadları sanki indi dərk edib və əl-ayağa düşüb.
Məsələ barədə danışan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, İrəvan xarici işlər nazirlərinin Moskva görüşünü boykot etməyib.
O, “özünəbəraət” olaraq bildirib ki, guya “böhran və təhlükə şəraitində danışıqlar aparmaq çətindir”.
Halbuki Lavrov da məhz böhran vaxtı danışıqların əhəmiyyətli olduğunu, ölkəsinin mövqeyinin ifadə edilməsinin əhəmiyyətini vurğulamışdı.
“Laçında böhran olduğuna görə biz getmədik. Laçın dəhlizinin tezliklə açılması üçün genişmiqyaslı işlərə ehtiyac var. Bu məsələnin həlli ilə bağlı bizim xarici siyasətə cavabdeh olan siyasi komandamız məşğuldur. Biz situasiyanı dəyərləndirdik və anladıq ki, bu, fəaliyyətimizin koordinasiyası üçün ən yaxşı variantdır”, - deyə Qriqoryan qeyd edib.
Xatırladaq ki, Mirzoyanın Moskvaya səfərdən imtinası Ermənistanın Rusiyanı saymaması kimi qarşılanıb. Rusiyada bir çox ekspert Ermənistanın Moskva platformasından imtina üçün hər bəhanədən yararlandığı haqda açıqlamalar verir.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 27-12-2022 11:12
Baxış sayı: 4199Yazı axını
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
28 / 10 / 2025
28 / 10 / 2025
27 / 10 / 2025
27 / 10 / 2025
26 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
25 / 10 / 2025
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
Ən çox oxunanlar




























