Hərbçilərimiz Laçın yolunda: "Artıq bundan sonra..."
22-12-2022 09:24

"Haqlı olduğumuz halda yenə bizi haqsız duruma sürükləmək istəyirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin "yolun açılması"yla bağlı Azərbaycana çağırışları buna sübutdur".
Onun sözlərinə görə, bəzi Qərb dövlətləri izahlarımızı qulaqardına vururlar:
"Narahat olmağa dəyməz, qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq, sadəcə diplomatlarımız daha çox çalışsaydılar, nəticə bizim üçün fərqli ola bilərdi.
Hadisələrin inkişafının bir neçə variantı var.
Birinci variant: Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi.
İkinci variant: hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə dinc etiraza fasilə versək belə, nəticəni xeyrimizə dəyişmişik, azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan mülki şəxslər keçəcək, silah-sursat, mina və cinayətkarlar keçə bilməyəcək. Bundan sonra ermənilərin "yol bağlıdır" yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinq məsələsi aktuallığını qoruyacaq".
Elxan Şahinoğlu hesab edir ki, başqa variantlar da mümkündür:
"Əsas odur ki, yola enmişik və bölgəyə silah və mina daşıyan erməni separatçılar rahatlığını itiriblər. Növbəti mərhələdə "yol bağlı deyil, nəzarət altındadır, mülkilər və xəstələr istifadə edə bilərlər" tezisimizi sübutlarla, görüntülərlə beynəlxalq aləmə qəbul etdirməliyik.publika.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 22-12-2022 09:24
Baxış sayı: 3242Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















