Reklam

Laçın yolundakı aksiya Vardanyanı erməni diasporunun hədəfinə gətirir
17-12-2022 12:40

“Rusiya sülhməramlı qüvvələrinin komandiri Andrey Volkov Rusiyanın Qarabağdakı nümayəndəsi Ruben Vardanyanla birləşərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və QHT nümayəndələrinin ermənilərin müvəqqəti məskunlaşdığı ərazilərə keçməsinin qarşısını almağa çalışırlar”.
Dalidag.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. O qeyd edib ki, sözügedən şəxslər birlikdə törətdikləri ekoloji terror və talançılığın izlərinin aşkar edilməsindən narahatdırlar:
“Azərbaycanın yataqların monitorinqi ilə kifayətlənməyəcəyi onlara artıq məlumdur. Növbəti monitorinq ölkəmizin digər struktur və nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçiriləcək. Bu baxımdan Volkov-Vardanyan, yaxud Rusiya-Ermənistan tandemi digər sahələrdə də Azərbaycana qarşı törətdikləri beynəlxalq hüquqa və bəşəriyyətə zidd əməllərinin ifşa olunacağından qorxurlar. Ən başlıcası isə bu gün erməni və rusların iddia etdiyi kimi Qarabağda qalan erməni tör-töküntülərinin sayının heç də 120 min deyil, 20-30 min olduğunun gələcək monitorinqlər nəticəsində müəyyən olunacağı onları təşvişə salır. Bu fakt Vardanyanla erməni diasporunun əlaqələrinə də ciddi ziyan vuracaq. Çünki Ermənistan rəhbərliyi ilə birləşən dələduz iş adamı diaspora və erməni fondlarından 120 minlik erməni əhalisi adına pul yığır”.
“Çünki mövcud şəraitdə qışı orada keçirmək mümkün deyil və ermənilər hər an oranı tərk etməyə çalışır. Erməni tör-töküntülərinin Xankəndi və digər məntəqələri tərk etməsi isə onların heç birinə sərf etmir. Azərbaycan nümayəndələri həmçinin İran-Ermənistan terror qruplarının Qarabağdakı fəaliyyətlərinin əhatə dairəsini müəyyən edə biləcəklər. Bu fakt erməni və rus sülhməramlısının beynəlxalq terrorizmlə məşğul olmasını sübuta yetirə bilər. Digər tərəfdən artıq heç kimə sirr deyil ki, Qarabağda rus və İran hərbi müşavirləri Ukraynada istifadə edilmək üçün mütəxəssislər hazırlayır - bu məqsədlə İran tərəfindən artıq 20-yə yaxın təlimçi burada yerləşdirilib. İrandan Xankəndi və oradan da Ermənistan vasitəsilə Avropaya göndərilən narkotik və psixotrap maddələrin dövriyyəsinin sübut olunacağı da istisna deyil”
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
