
Xocalıda qanunsuz fəaliyyət göstərən “Vallex“ şirkəti kimə məxsusdur? - Araşdırma
08-12-2022 11:47

Dalidag.az xəbər verir ki, həmin mədəni qanunsuz olaraq birbaşa “Vallex” şirkətlər qrupu istismar edir.
“Vallex” şirkəti kimindir?
Korporasiya barədə qısa bir araşdırma apardıq.
İşçilərinin sayı və illik qazancı açıq mənbələrdə mövcud olmayan, habelə rəhbərliyinə dair xəsis məlumatların olduğu bu şirkətin baş ofisi İrəvanda yerləşir.
“Vallex” şirkətlər qrupununun rəhbəri Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqı İdarə Heyətinin üzvü, sənaye maqnatı Valeri Mejlumyandır. O, Ermənistanın eks-prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə keçmiş iqtidarla yaxın münasibətləri ilə tanınıb. Hətta onun iqtidarı dövründə medalla belə təltif olunub.
“Vallex” şirkətlər qrupu bir sıra sahələri əhatə edir: mədən sənayesi, hidrometallurgiya və pirometallurgiya, elmi araşdırma, informasiya texnologiyaları (IT), otelçilik, ekoturizm və s. Korporasiyanın İrəvanla yanaşı, Moskvada da otelçilik və digər biznes fəaliyyəti mövcuddur.
V. Mejlumyanın korporasiyası işğal dövründə Qarabağ və ətraf ərazilərdəki mədənlərlə yanaşı, Ermənistan ərazisində də bir sıra layihələr həyata keçirib. Hazırda isə şirkət qanunsuz olaraq Xocalı rayonu ərazisində fəaliyyət göstərməkdədir./yenisabah.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 08-12-2022 11:47
Baxış sayı: 3317Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















