Reklam
Avropada Qarabağla bağlı təhlükəli oyun
08-12-2022 11:14
Dalidag.az xəbər verir ki, bu sözləri QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.
Alim sözügedən hadisələri aşağıdakı kimi qruplaşdırıb:
“Birincisi, Fransa parlamentinin hər iki qanadı qondarma “dqr”in müstəqilliyini dəstəkləyən və Azərbaycanı sərt şəkildə ittiham edən qətnamələr qəbul edib;
İkincisi, Fransa Paşinyan vasitəsilə özünü Brüssel görüşünə dəvət etdirib və bu, bildiyimiz kimi, 7 dekabrda keçirilməli görüşün ləğvinə səbəb oldu;
Üçüncüsü, Qarabağdakı separatçı tör-töküntülərinin başçısı Araik Arutyunyan hazırda Fransada səfərdədir və orada təxribatçı fəaliyyətlərə davam edir. Üstəlik Araikə “France 24” başda olmaqla bir çox televiziya kanallarında geniş yer verilir;
Dördüncüsü, Almaniyanın məşhur ZDF televiziya kanalı Ruben Vardanyanla müsahibəni yayımlayır, Ermənistanda isə Azərbaycana qarşı müharibəyə hazırlaşan yarı hərbiləşmiş strukturları buna təşviq edən video-süjetlər çəkir.
Üstəlik bütün bunlar Avropanın Azərbaycan enerjisinə və Çinlə əlaqə üçün Zəngəzur dəhlizinə strateji ehtiyacı olduğu vaxtda həyata keçirilir”.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 08-12-2022 11:14
Baxış sayı: 4225Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























